Gürcüstanda istefa tələbi: Baş prokurorun diplomu saxta çıxdı
Featured

09 Oktyabr 2019

Buna onun ali təhsil haqqında saxta diplomunun üzə çıxması səbəb olub

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, Gürcüstan baş prokuroru, Ali məhkəmənin hakimi postuna namizədliyini verən Şalva Tadumadzenin diplomunun saxta olduğu ortaya çıxıb. 

Sənədə əsasən, Ş.Tadumadze 1994-cü ildə təsis olunan Tbilisi Humanitar İnstitutuna 1993-cü ildə qəbul olunub. Bu gün Gürcüstan parlamentində onun iştirakı ilə dinləmə keçirilib.

Parlament müxalifəti 2018-ci ilin iyul ayından Gürcüstanın baş prokuroru postunu tutan Ş.Tadumadzeni namizədliyini geri götürməyə və baş prokuror vəzifəsindən istefa verməyə çağırıb.

Xatırladaq ki, 2013-cü ildə Gürcüstanın Baş prokuroru Otar Partsxaladze vəzifəsindən istefa verib.

"Cəmiyyətdə mənim tərcümeyi-halımla əlaqədar yaranan söz-söhbətlə bağlı deyə bilərəm ki, cəmiyyətin fikrinə hörmət etməyi, nəzərə almağı və vəzifəmdən getməyi özümə borc bilirəm" deyən O.Partsxaladze dələduzluqda ittiham edilirdi.

Top
JoomlaLock.com All4Share.net