Zelenski Azərbaycana gəlir
Featured

16 Dekabr 2019

Bu gün Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycana gəlir

Bu, Ukrayna Prezidentinin Azərbaycana ilk rəsmi səfəri olacaq.

Ukrayna Prezident Administrasiyasının mətbuat xidmətinin verdiyi xəbərə görə, 16-17 dekabr tarixlərini əhatə edəcək səfər çərçivəsində onun Azərbaycan Prezidenti İlham Əliyev və Baş nazir Əli Əsədovla görüşü planlaşdırılır.

İki ölkə liderləri arasındakı danışıqlarda Ukrayna ilə Azərbaycan arasında prioritet sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş bir sıra ikitərəfli sənədlərin imzalanması gözlənilir.

Top
JoomlaLock.com All4Share.net