Polislər MBH-nın ehsan məclisini dağıdıb
Featured

27 Noyabr 2019

26 noyabr Nardaranda baş verən və tarixə "Qanlı Nardaran" adı ilə düşən olayların 4-cü ildönümü idi. Müsəlman Birliyi Hərəkatı (MBH) Bilgəhda ildöünümü münasibətilə ehsan süfrəsi açıb.

Məclis iştirakçılarının vetenugrunda.az-a verdikləri xəbərə görə polislər inanclıların ehsan məclisini dağıdıb. 

MBH-nın sədr müavini ilahiyyatçı Elçin Qasımlı və hərakatın üzvü Rövşən Əliyev  Sabunçu Rayon Polis İdarəsinə çağırılıblar. İldönümü tədbiri Bilgəh sakini Rövşən Əliyevin evində keçirildiyi üçün polis idarəsində ona xəbərdarlıq edilib. Hər iki şəxs sərbəst buraxılıb.

Qeyd edək ki, 2015-ci ilin 26 noyabr tarixində Nardaran qəsəbəsində polislərin inanclı şəxslərin ibadət zamanı evinə basqın edib və hadisə zamanı ikisi polis olmaqla 6 nəfər öldürülüb.

MHB sədri Tale Bağırzadə və digər şəxslər həbs edilib. İstintaq zamanı həbs edilənlərə dəhşətli işgəncələr verilib. Onların heç bir günahı sübut olunmadığı halda uzunmüddətli həbs cəzasına məhkum edilib. "Nardaran məhbusu" kimi təqdim edilən bu şəxslərin əksəriyyəti işgəncələr zamanı sağlamlığını itirib. 

Top
JoomlaLock.com All4Share.net