MBH-nin "26 Noyabr Nardaran hadisəsi" ilə bağlı BƏYANATI
Featured

26 Noyabr 2019

Müsəlman Birliyi Hərəkatı "26 Noyabr Nardaran hadisəsi" ilə bağlı bəyanat yaydı

"Hələ də azad Şəhid ruhları ədalətlin bərqərar olacağı günün intizarında, hələ də məhbəs həyatının dəmir barmaqlıqarı arasında gözü yaşlı analar övladlarının azad olacağı günün həsrətində, hələ də bədənlərində güllə gəzdirən yaralı cismlərin zindanda ağrısız gecələr arzusunda, minlər, milyonların haqqın bərpa olunacağı şanlı günün ümidində bir ili də arxada qoyduq.

Bu gün 26 Noyabr 2015-ci il "Qanli Nadaran" tarixinin dördüncü ilinin anım günü qeyd edirik.

Düz dörd il öncə soyuq payız günü Nardaran fəzasını al qanı ilə əlvan rəngə boyuyan şəhid və qurbanların amansız divanı tarix səhifələrinə həkk olundu. Neçə-neçə günahsız insan haqq və həqiqət, mənəviyyat və insanlıq sərhədlərini müdafiə edərkən amanız divan olundu.

Tarix unuda bilməyəcəyi bu hadisə kiçik kəndin məhdudiyyətini aşaraq ölkə və onun hüdudlarından kənar dünyaya azadlıq və hürriyyət çağırışı etdi. Nardaran hadisəsi yaşandı, lakin bitmədi, yaşayır və yaşayacaq bir hadisə olaraq davam etməkdədir.

Bu gün də xatirəsi anılan bu tarix haqqın bərqərar olunacağı günə qədər kədər, qüssə və iztirab, haqqın öz yerini alacağı gün isə əbədiyyət və rəşadət tarixi olaraq həqiqət sevən insanların yaddaşında əbədi olaraq yaşıyacaqdır.

Biz Müsəlman Birliyi Hərəkatı olaraq 26 Noyabr hadisəsini ehtiramla anır, Şəhidlərin ruhunu uca tutur, ədalətin təcalla edəcəyi günə ümid edirik. Nardaran hadisəsi həqiqətə qara ləkə vumaq istəyənlərin istək və arzularını elə gözlərindəcə boğan haqq məşhəri, əbədiyyət şöləsidir.

Bu tarix baş verən andan həqiqət axtarışında olan şəxslərin birlik nöqtəsi, zülm və haqsızlığa etirazın qələbə nidasıdır. Milli məfkurədə ümmətçilik çağrışlarımıza sadiq olaraq haqq şəhidlərinə Allahdan rəhmət diləyir, mübariz ruhlu insanlara əzmli və mətin olmağı arzu edirik.
Müəlmn Birliyi Hərəkatının idarə heyəti.

2019-11-26".

Top
JoomlaLock.com All4Share.net