29 İŞİD terrorçusu Azərbaycana deportasiya ediləcək

13 Noyabr 2019

Türkiyədən deportasiya ediləcək əcnəbi İŞİD-çilərin sayı açıqlanıb

Bu barədə "Hürriyət" qəzeti məlumat yayıb. Qəzetin verdiyi xəbərə görə, Türkiyədən çıxarılacaq 959 nəfər İŞİD terror təşkilatının üzvü öz ölkələrinə deportasiya ediləcəklər. İŞİD-çıların arasında 29 nəfər azərbaycanlı var.

Vetenugrunda.az-ln verdiyi xəbərə görə, deportasiya ediləcək İŞİD-çilərin arasında çoxluq Rusiyaya düşür-99 nəfər. 

Valideyinlərini Suriyada gedən döyüşlərdə itirən İŞİD terrorçularının 147 nəfər azyaşlı övladının da təmsil olunduğu qrupda dünyanın inkişaf baxımından öncül ölkələrinin vətəndaşları da yer alıb. O cümlədən,  Almaniya (17 nəfər), Ukrayna (4 nəfər), Hollandiya (3 nəfər), Fransa (2 nəfər), Danimarka (2 nəfər), Avstriya (2 nəfər), Kosova (2 nəfər), Bolqarıstan (2 nəfər), Rumıniya (1 nəfər), Albaniya (1 nəfər), Özbəkistan (82 nəfər), Qırğızıstan (23 nəfər), Tacikistan (21 nəfər), Misir (13 nəfər), Əfqanıstan (11 nəfər), Tunis (10 nəfər), Qazaxıstan (10 nəfər), Fələstin (9 nəfər), Mərakeş (8 nəfər), Pakistan (6 nəfər), Türkmənistan (6 nəfər), Nigeriya (3 nəfər), İran (3 nəfər), Somali (3 nəfər), Liviya (2 nəfər), İordaniya (2 nəfər), Əlcəzair (2 nəfər), Səudiyyə Ərəbistanı (2 nəfər), Yəmən (1 nəfər), Böyük Britaniya (1 nəfər), İraq 296, Suriya (273 nəfər), ABŞ ( 2 nəfər), Avstraliya (3 nəfər).

Bu ayın sonuna kimi İŞİD-çılar ölkələrinə göndəriləcək.

Top
JoomlaLock.com All4Share.net