Artıq etibarnaməni telefonla verə bilərsiniz - QAYDALAR
Featured

29 Noyabr 2019

Ədliyyə Nazirliyi mobil etibarnamə sistemini istifadəyə verib. Artıq nəqliyyat vasitəsini idarə etmək üçün tələb olunan etibarnamələri mobil telefonla da vermək mümkündür. Bunun üçün telefona "mobil notariat" adlı tətbiqi yükləmək lazımdır. Etibarnamənin verilmə qaydasını bilmək üçün süjeti izləyək.

Bir neçə gündür ki, nəqliyyat vasitəsini idarə etmək üçün tələb olunan etibarnamələrin mobil telefonlarla verilməsinə başlanılıb. Bunun üçün telefona "Mobil notariat" adlı tətbiqi yükləmək lazımdır.

Sistemdə qeydiyyatdan keçmək üçün isə birdəfəlik şifrə tələb olunur. Həmin şifrəni istənilən notariusa yaxınlaşaraq ödənişsiz əldə etmək olur. Şifrə yalnız ilk dəfə qeydiyyatdan keçdikdətələb edilir və sonra istənilən qədər əməliyyat həyata keçirmək mümkündür .

Etibarnamə üçün tələb edilən 11 manat 50 qəpik rüsum da onlayn qaydada ödənilir.

Yaxın vaxtlarda qeydiyyatdan keçmək və sürücülük hüququ ilə bağlı etibarnamənin verilməsi MyGov portalı vasitəsilə də həyata keçiriləcək. Bu zaman isə birdəfəlik şifrə üçün notariusa getməyə ehtiyac qalamayacaq. "Mobil notariat" tətbiqi gələcəkdə daha da təkmilləşdiriləcək və digər etibarnamələrin də buradan verilməsi reallaşacaq.

Top
JoomlaLock.com All4Share.net