Bibiheybətdə yol uçdu-Bakı suyun altında qaldı-VİDEO
Featured

25 Noyabr 2019

Bibiheybətdə yol uçdu, maşın altında qaldı

Bakıda ardıcıl yağan yağış paytaxtadkı problemləri bir gündə üzə çıxardı. Belə ki, şəhərin çox hissəsi yağış sularına təslim oldu, ictimai nəqliyyat və bütünlükdə nəqliyyat yolları tıxandı. 

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, yağan yağışlar daha çox Sabunçu, Yasamal və Səbail rayonunda fəsadlara yol açıb.

Bibiheybət yolunun bir hissəsi çöküb. Çökmə nəticəsində avtomobillər və yolun kənarına çəkilmiş hasarlar uçuntunun altında qalıb. 

Qeyd edək ki, yağışdan öncə bu yollarda dərin çatların əmələ gəldiyini yolu keçənlər görsə də, nədənsə adiyyatlı qurumlar "görmədi".

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli "report"a açıqlamasında deyib ki, "Ötən gün axşam saatlarından etibarən ərazidə çatların böyüməsi müşahidə edildi və aidiyyəti üzrə məlumat verildi, dərhal ərazidə hərəkətin dayandırılması qərara alındı. Axşam 7-8 radələrində sözügedən ərazidə avtomobillərin hərəkəti tam məhdurlaşdırıldı. Səhərə yaxın, saat 5-6 radələrində bu ərazilərdə çökmə hadisəsi baş verdi".

Onun sözlərinə görə, Bibiheybət, Bayıl ərazilərində bir neçə sürüşmə nöqtəsi var ki, onlardan biri də bu ərazidən keçir: "İntensiv yağışlar nəticəsində bu ərazidə sürüşmə aktivləşdi və nəticədə belə hadisə baş verdi. Hazırda əməkdaşlarımız və müvafiq qurumların nümayəndələri ərazidədirlər, araşdırılma aparılır. Təmir-bərpa işləri qısamüddətli olmayacaq, bir neçə ay ərazidə işlər görülməsi nəzərdə tutulur".

A.Nəcəfli bildirib ki, sürüşmə, təxminən, 100 metr ərazini əhatə edir: "Bir hərəkət zolağında tam olaraq çökmə baş verib, digər hərəkət zolağında da təhlükə var. Buna görə də ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb".

Ramin Deko adlı şəxsin şəkli.

Ramin Deko adlı şəxsin şəkli.

Top
JoomlaLock.com All4Share.net