İnterpolun Milli Mərkəzinə yeni rəis təyin edildi-Əlaslan Ağayev

15 Noyabr 2019

Vilayət Eyvazovdan İnterpolun Milli Mərkəzi Bürosu rəisi vəzifəsinə - TƏYİNAT

Bu barədə müvafiq əmriDaxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsinin rəisi, polkovnik Əlaslan Ağayev tutduğu vəzifədən azad edib.

Nazirin digər əmri ilə polkovnik Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi vəzifəsinə təyinat alıb.

İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, polis general-mayoru Mehman Təhməzov yaş həddi ilə bağlı vəzifəsindən azad edilərək təqaüdə göndərilib.

Qeyd edək ki, Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) idarə rəisi, polkovnik Əlaslan Ağayevin adı bu ilin iyul ayında mediada daha çox hallandı. Onun 1991-ci il təvəllüdlü oğlu Orxan Ağayev iyulun 11-də özünü Nərimanov rayonu ərazisində yaşadığı binanın 5-ci mərtəbəsindən ataraq intihar etdi və aldığı xəsarətlərdən dünyasını dəyişdi. 

Top
JoomlaLock.com All4Share.net