Oktay Gülalıyevin ağciyərinə infeksiya düşüb

13 Noyabr 2019

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, bu barədə ictimai fəal, yazar Zümrüd Yağmur məlumat paylaşıb. O, bildirib ki, Oktay Gülalıyevin xanımı hüquq müdafiəçisinin səhhətində daha bir problemin yarandığını deyib:

"Oktay bəylə bağlı daha bir problem...
Ağ çiyərinə infeksiya düşüb.

Oktay bəyin yoldaşı Firuzə xanımla danışdım. Açığı bir neçə gündü Türkiyədən mənə yazırdılar ki, Avrasiya klinikasında neyrocərrahiyyə şöbəsi ümumiyyətlə yoxdur. Hətta belə bir söz də eşitdim ki, Oktay bəy İstanbula aparılarkən güya yoldaşına 7 xəstəxana təklif olunub və ailə özü bu klinikanı seçib. Firuzə xanımla danışıb hamısını dəqiqiləşdirdim. Bəlli oldu ki, doğrudan da, Avrasiya xəstəxanasında belə bir şöbə yoxdur və oraya aparıldıqdan sonra bir dəfə də olsun ona neorocərrah baxmayıb. Telefonla kənar həkimlərdən məsləhət alınır. Ailəyəsə heç bir təklif olunmayıb. Yəni Heydər Əliyev Fondunun seçdiyi xəstəxana budur.

Bunun adı nədir, siz deyin. Bu nə deməkdir, xəstə adamı burdan aparıb onun xəstəliyinə aid şöbəsi belə olmayan bir xəstəxanaya yerləşdirmək təsadüfdürmü əcaba?!

Türkiyədə kifayət qədər bu sahədə ixtisaslaşmış xəstəxanalar var.

Başqa bir problemi də indi öyrəndim. Oktay bəyin ağ çiyərinə infeksiya düşüb və hətta bunun üçün həkimi kənardan dəvət ediblər. Analizlərin nəticəsində bəlli olub ki, doğrudan da ağ çiyərdə infeksiya var.

Bu fotonusa iki gün öncə İstanbulda Oktay bəyi ziyarət edən bir soydaşımız mənə göndərmişdi.

Zümrüd Yağmur".

Qeyd edək ki, O.Gülalıyev Heydər Əliyev Fondunun ayırdığı xüsusi ambulans təyyarə ilə noyabrın 6-da Türkiyəyə aparılıb. Onu  Türkiyədəki Avrasiya kliniaksına yerləşdiriblər.


YADDAŞ

Hüquq müdafiəçisi, Repressiya və İşgəncələr Əleyhinə Komitənin kordinatoru Oktay Güləliyev oktyabrın 29-da piyada zolağında yolu keçərkən avtomobillə vurulub. Bu barədə DİN-in verdiyi açıqlamada deyilir: "Oktyabrın 29-da saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi "Hyunadi Accent" markalı avtomobillə piyada zolağından keçən piyada, Bakı şəhər sakini Oktay Güləliyev vurulub. Bu barədə DİN-dən məlumat daxil olub.

Sürücü qəza nəticəsində xəsarət almış piyadanı öz avtomobili ilə Kliniki Tibbi Mərkəzə ("Semaşko") çatdırıb. İlkin tibbi yardım göstərilsə də, onu tomoqrafiya olunması 5 saat gecikdirilib. Qəzadan bir gün sonra O.Güləliyev oradan "City Hospital"a köçürülüb və qırılmış kəllə sümüyü götürülüb, qansızma dayandırılıb. Əməliyyatdan iki gün sonra O. Güləliyev Respublika Neyrocərrahiyyə Xəstəxanasına köçürülüb.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və nəqliyyat vasitəsinə baxışlar keçirilmiş, sürücü K.Abdullayevinizahatı alınıb, sərxoşluq və narkoloji müayinələrdən keçirilib".

Top
JoomlaLock.com All4Share.net