Döyülərək yol kənarına atılan 18 yaşlı qız öldü
Featured

09 Oktyabr 2019

Beyləqan rayonunda döyülərək yolun kənarına koma vəziyyətində atılan Quliyeva Aygün Mehman qızı bu gün xəstəxanada dünyasını dəyişib.

Bu barədə Beyləqan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əli Məmmədov məlumat verib.

Ə. Məmmədov A. Quliyevanın kəllə-beyin travmasından öldüyünü bildirib.

Beyləqan Rayonun Polis Şöbəsindən verilən məlumatda bildirilir ki, hadisəyə səbəb ilkin ehtimallara görə avtoqəzadır. Hadisənin kim tərəfindən törədildiyi hələki məlum deyil.

Xatırladaq ki, oktyabrın 8-də səhər saatlarında Beyləqan-Kəbirli avtomobil yolunun sağ hissəsində rayon sakinlərindən bir nəfər 17-18 yaşlarında qadını huşsuz vəziyyətdə aşkar edib. Hüquq-mühafizə orqanları əməkdaşları dərhal hadisə yerinə gəlib.

Araşdırmalar zamanı həmin qadının Beyləqan rayonu, Yuxarı Aran kənd sakini, 2001-ci il təvəllüdlü Quliyeva Aygün Mehman qızı olduğu müəyyən edilib.

Qızda qapalı kəllə-beyin travması, çanağın küt travması, qasıq sümüyünün sınığı, sağ bud nayihəsinin küt travması, alın nayihəsinin əzilmiş-sıyrılmış yarası xəsarətləri aşkar edilib. Qızda komatoz vəziyyətdə olduğundan onun hansı şəraitdə və kim tərəfindən xəsarət alması müəyyən edilməyib.(yeniavaz.com)

Top
JoomlaLock.com All4Share.net