Elçin Qasımlı: "Hardadır bu xalqın özünə ziyalı, ağsaqqal deyənləri?"
Featured

28 Sentyabr 2019

Müsəlman Birliyi Hərəkatının (MBH) sədr müavini Elçin Qasımov siyasi məhbus, MBH--nın rəhbəri Tale Bağırzadənin xanımı Leyla İsmayılzadəyə qarşı ittiham elan edilməsinə etiraz edib. Elçin Qasımlı bu olayı azad fikirə qarşı zorakılıq adlandırıb:

"Bəzi dostlar qondarma cinayət işilə bağlı, cərimə qərarının çıxarılmasını təklif edirlər. Hətta deyirlər ki, bu cəriməni ödəməyə belə hazırıq. Amma nəzərinizə çatdırım ki, hətta cərimə hökmünə belə biz etiraz edirik.

Bir alimi şərləyərək həbs etmələri bəs deyil, indi də ailəsinə cinayət işi açırlar və dörd uşağını atasız böyüdən bir insana heç bir əsas olmadan cərimə yazırlar. Bilirsiz hər şeyin həqiqətəndə bir əndazəsi var, bir ölçüsü var. Görəsən hardadır bu xalqın özünə ziyalı, ağsaqqal deyənləri? Niyə dillənmirlər, nəyə görə bu haqsızlığa bir kəlmədə olsun düz deyil demirlər?

İndi nə gözləyirlər, nədən qorxurlar? Hakimiyyət birdən çıxıb deyər ki, Leyla İsmayılzadə də " terrorçudur", nə üçün onu müdafiə etmisiz? Bu qədər qorxaqlıq olmaz. Düzdür qarşı tərəf heç bir dəyər tanımır. Amma axı biz Haqq olan Allaha cavab verəcəyimizə iman etmişik. Hərdən insan qarşısındakıların heç bir ölçü, dəyər bilmədiyini görəndə bu xalqın gələcəyinə ağlamağı gəlir.

Bunu necə izah edəcəklər özləri saysız cinayət işlədikləri halda, günahsız insanlara qarşı törətdikləri bucür ləyaqətsizliyə görə nə cavab verəcəklər? Özünü düzəlmiş, islah olunmuş kimi aparmaq başqa şeydir, daxilən dəyişib, etdiyi nalayiq əməllərdən həqiqi peşmançılıq keçirib həqiqətən düzələn başqa. Odur ki, biz bu məsələdə hakimiyyətdən bir izahat istiyirik.

Təbiiki o açıqlamanı verə biləcəklərsə əgər. Geri çəkilmə gözləyirik. Dərhal bu cinayət işinə xitam verilməsini, və bir daha belə yanlışlığa yol verilməməsinə ümüd edirik. Nəinki cərimə verilməsini. Bəsdirin qondarma protokollar yazmaqla, məzlum xalqın min bir əziyyətlə qazandığı puluyla ciblərinizi doldurdunuz!

Yeri gəlmişkən dəstək olan hər kəsə öz minnətdarlığımızı bildiririk. Qeyrətiniz, şücaətiniz qarşısında baş əyirik! Var olun!"

Top
JoomlaLock.com All4Share.net