Avtoqəzada ölənlərin sayı 5 nəfərə çatıb
Featured

28 Sentyabr 2019

Göygöldə ağır avtoqəza zamanı ölənlərin sayı 5 nəfərə çatıb.

Bu gün səhər saat 5 radələrində Göygöldə Quşqara kəndi yaxınlığında hərəkətdə olan "VAZ 2107" markalı avtomobil "Mercedes" markalı yük maşını ilə toqquşub. Minik avtomobilində olan 4 nəfər hadisə yerində dünyasını dəyişib, daha bir nəfər isə xəsarətlə xəstəxanaya çatdırılıb. Qəza zamanı ölənlərin sayı 5 nəfərə çatıb.

Qəza nəticəsində dünyasını dəyişənlərin siyahısı

Zamiq Mahmudov

Tural Rəhimov,

Bayram İbrahimzadə,

Oruc Hüseynov

Qüdrət Atakişiyev 

Verilən məlumatlara görə qəza zamanı həlak olan 5 nəfər hərbiçidir. Lakin Müdafiə Nazirliyi bu barədə açıqlama verməyib.

Top
JoomlaLock.com All4Share.net